Səninçün ağlamaram.
sən heç mənim bir damla
göz yaşıma dəyməzsən.
Gedərsən. Saxlamaram.
Sən heç mənim bir kəlmə
Qarğışıma dəyməzsən!
Hər şey zaman .məkanda.
Hər şey ötüb keçəndi.
Nolur ki ayrılanda ,
Bu nə mənəm. nə səndi...
Paralel dünyalarda
Həp kəsişən yollarıq.
Qalmışıq röyalarda.
Biz nə yoxuq. Nə varıq..
Kainat tufanıbda
Həpimiz bir zərrəyik.
Mütləq deyil.sonunda
Məchuluq. Mücərrəyik.
Səninçün ağlamaram.
Sən heç mənim bir damla
Göz yaşıma dəyməzsən!
Gedərsən, saxlamaram.
Sən heç mənim bir kəlmə
Qarğışıma dəyməzsən...
10.04.1992 Müəllif Gövhər Əntiqə