Senincin aqlamaram/ (Стихи на иностранных языках)

                                   Səninçün ağlamaram
Səninçün ağlamaram.
             sən heç mənim bir damla
                                        göz yaşıma dəyməzsən.
Gedərsən. Saxlamaram.
               Sən heç mənim bir kəlmə
                                Qarğışıma   dəyməzsən!
Hər şey zaman .məkanda.
                     Hər şey ötüb keçəndi.
Nolur ki ayrılanda ,
                   Bu nə mənəm. nə  səndi...
Paralel  dünyalarda
               Həp kəsişən yollarıq.
Qalmışıq röyalarda.
              Biz nə yoxuq. Nə varıq..
Kainat  tufanıbda
             Həpimiz bir  zərrəyik.
Mütləq deyil.sonunda
                        Məchuluq. Mücərrəyik.
Səninçün ağlamaram.
                Sən heç mənim  bir damla
Göz yaşıma dəyməzsən!
                   Gedərsən, saxlamaram.
Sən heç mənim bir kəlmə
                   Qarğışıma dəyməzsən...

10.04.1992  Müəllif  Gövhər Əntiqə

© Гёвхар Антига, 06.03.2018 в 21:05
Свидетельство о публикации № 06032018210539-00418513 на Grafomanam.net
Читателей произведения за все время — 44, полученных рецензий — 0.
Голосов еще нет