Şirin balam, şəkər balam. qənd balam.
Xoş gəlmisən. ay mənim Murad balam!
Nə dilərsən. Istəyinə çatırsan.
Qışqırığınla aləmi qatırsan.
Hamı yatandan sonra sən yatırsan
Şirin balam.şəkər balam. qənt balam!
Xoş gəlmisən.ay mənim Murad balam!
Tələsmisən, bir ay da tez gəlmisən!
Yaöşı edibsen .belə düz gəlmisən!
Bir dənəsən sən , hələ az gəlmisən.
Qaqaş da al, sağ-soluna qat balam!
Xoş gəlmisən ay mənim Murad balam!
Gövhər deyər Əli sənin babandı,
Nə yaşı var. özü hələ cavandı.
Sənin qarşında padişah yalandı!
Şirin balam.şəkər balam.qənt balam!
Xoş gəlmisən ay mənim Murad balam.
14.02.2018 müellif Qövhər Əntiqə