Sıxıb əllərini yubanmışam mən.
Oxuyur eşqimiz vida nəğməsi,
Yatmışdım, yuxudan oyanmışam mən.
Ağlamaq nə lazım, güldüm üzünə,
Olan olmuş daha, barışmalıydım.
Sönük görünərdi nə desəm sənə,
Səninlə dost kimi danışmalıydım.
Tanış etdin məni öz “mələyinlə”,
Gördüm baxışından yağır tənələr.
O hardan biləydi, gülüm, səninlə,
Qoşa çağlarımız qarğıyır nələr!
Dedin qonağım ol, dedim çox sağ ol!
Getdim ayrılığa boyun əyərək,
Həsrətin, sənsizlik, bir də tənha yol,
Sıxdı ürəyimi inildəyərək...
04.08.1986.Müəllif Gövhər Əntiqə