Mən sənin bilə-bilə şəklini yandırmışam.
Öpmüşəm tellərindən son dəfə həsrət ilə,
Baxmışam gözlərinə sönük məhəbbət ilə,
Üzü dönüklüyünü hey anıb nifrət ilə,
Əksini ürkək-ürkək əllərimə almışam,
Mən sənin bilə-bilə şəklini yandırmışam.
Baxıb-baxıb üzünə yanmışam, alışmışam,
Xəyalımda səninlə bir xeyli danışmışam,
Şəklin duran vərəqi dönə-dönə açmışam,
Zərrəcən hayıf deyə, bil peşman olmamışam,
Mən sənin bilə-bilə şəklini yandırmışam.
Qoşa çağlarımızda qəmdən uzaqdıq-uzaq,
Nə biləydim ayrılıq səni məndən alacaq,
Sandın başqa birisi sənə Gövhər olacaq,
İndi qanadı sınmış uça bilməz bir quşam,
Mən sənin bilə-bilə şəklini yandırmışam.
02.09.1981. müəllif Govhar Antiga