Mən bilən, göydə müdam eşq odu yanır gecələr,
Həp xəyal eylədikcə, qəsdən uzanır gecələr.
Səninlə, ey nazənin, əhd bağlamıram bu an,
Gecənin əhdini çün sübh çağı danır gecələr.
Gün çıxıb aləmi nur ilə boyayanda yatır,
Ta qürub eyləyəndən sonra oyanır gecələr.
Sən nahaq zülflərinlə gizlətmə üzün, gözəlim,
Onsuz da kölgəmizdən bizləri tanır gecələr.
Qışda sənin tək, gülüm, görüşə vaxtında gəlir,
Yayda qızmar atəşdən qorxub, yubanır gecələr.
Aşiqin bircə busə istəyəndə dünya qopur,
Bürünüb çadrasına sən tək utanır gecələr.
Gövhərdən əsirgəmə qəlbini, afət, nə olur,
Bizimçün sübhə qədər durub dayanır gecələr.
Müəllif Gövhər Əntiqə
10.11.1998-ci il