Niyə ürəyimə axıb tökülür?
Toyuna qarışıb hamının başı,
Biz qəmli, ətrafsa sevinir, gülür.
Gəlmişəm yaxşı yol deyəm mən sənə,
Başını qaldırıb üzümə baxma.
Hətta xəyalın da olub keçənə,
Qayıtmaq istəsə bir də buraxma!
Kim idi günahkar, bilə bilmədik,
Zaman öz çarxını sürdü apardı.
Bir qətrə sevinci bölə bilmədik,
Fələk xəbər tutdu, tufan qopardı.
Səni aparırlar, sənsə qanrılıb,
Məni axtarırsan ürkək baxışla.
Mənim qol-qanadım sınıb, qırılıb,
Əlim sənə yetməz, məni bağışla.
Gedirsən, dalınca su atır anan,
Mənsə göz yaşımla yuyuram yeri.
Kaş bu yuxu ola, qalxıb yuxudan,
Qaytara biləydik ötən illəri.
08.03.1977.