Tibbi diaqnostikada ultrasəsin istifadəsi daxili orqanların və toxumaların bu metodun köməyi ilə şəklinin alınmasının mümkünlüyü ilə əlaqədardır.Bu üsul ultrasəs dalqalarının insan bədəninin toxumalarıyla qarşılıqlı təsirinə əsaslanmışdır. Belə ki , orqan və toxumaların əksinin alınması mexanizmini şərti olaraq iki hissəyə bölmək olar.
1-ci qısa ultrasəs impulslarını toxumalara yönəldərək onların şüalandırılması
2-cisi toxumarardan əks olunmuş siqnalların əsasında toxuma və orqanların şəklinin alınması.
Ultrasəsin bioloji təsiri və onun xəstələr üçün təhlükəsiz olub olmaması uzun müddətdir ki, tibbi ədəbiyyatlarda diskussiya olunmaqdqdır. Bunu oyrənmək məqsədiylə indiyədək müxtəlif klinikа və labaratoriyalarda heyvanlar və toxuma kulturaları üzərində sınaqlar aparılmışdır. Bunun nəticəsində öyrənilmlşdir ki, ultrasəsin bioloji təsiri onun mexaniki və istilik təsiri nəticəsində baş verir Ultrasəs siqnalının kütləşməsi ultrasəs dalğalarinin enerjisinin udulması,daha dəqiq desək ultrasəs dalğalarının enerjisinin istilik enerjisinə çevrilməsi nəticəsində baş verir. Toxumaların istinməsi verilən ultrasəs dalğalarının intensivlyinin və tezliyinin artması nəticəsində daha da güclənir.
Kavitasiya icərisi qazla, buxarla və onların qarışığı ilə dolmuş pulsasiya edən qaz qabarcıqlarının əmələ gəlməsidir ki, bunun əmələ gəlmə səbəblərindən biri ultrasəs dalğasədır.Bəs ultrasəs müayinəsi xəstələr və tibbi personal ücün zərərlidirmi. Məhz bu suala cavab tapmaq ücün Amerikan ultrasəs institutu eksperimental , epidemioloji və .s araşdırmalar aparmış və posientlər ,eləcə də tibbi personal arasında hər hansı bir ağırlaşma aşkar etməmişdir.
Beləliklə mən ultrasəs müayinəsinin sidikcıxarıcı yollara təsirini öyrənmək məqsədi ilə sərbəst olaraq tədqiqatlara başladim. Tədqiqat obyekti olaraq
2007-2009 illərdə amdulator müayinə və müalicə etdiyim 2000 posienti götürdüm.Bu xəstələr hər iki cinsdən olub müxtəlif yaş qruplarına aid olmalarina baxmayaraq, ultrasəs müayinəsindən sonra demək
olar ki, eyni nəticələrə gəlməyimə səbəb oldu
.Belə ki sidik cıxarıcı yolların daşları və ələlxüsus da böyrəksancıları ilə müayinə olunan xəstələrin sidik axrının aşağı 1/3-də yerləşən daşlar 20% xəstələrdə müayinədən dərhal sonra, 10%-zində həmin gün
xaric olması qeyd edildi..Bu xəstələrin 70%-ində müayinə zamanı ağrılar azalmış, 40%-izində isə tamamilə sakitləmişdir. Burada böyrək sancıları şübhəsi ilə akuşer ginekoloqlar tərəfindən müayinəyə gönlərilən hamilə pasientlər xususi qeyd edilmişdir.Belə ki, bunlarda ., sidikcıxarıcı yollarla bağlı sancılar 10% hallarda qismən azalmış, uşaqlığın hipertonusu ilə əlaqəli sancılar isə əksinə 100% hallarda daha da güclənmişdir, uşaqlığın tonusu daha da yüksəlmişdir.
Kəskin və xroniki sidik ləngimələri münasibəti ilə müayinə olunan xəstələrdə isə 45% hallarda USM-dən sonra sərbəst sidik ifrazının bərpa olunması qeyd edilmişdir. Belə ki,USM-dən sonra sidik kisəsinin boynuna pərcimlənmiş daşlar 20% hallarda müayinədən dərhal sonra xaric olmuş, sidik kisəsinin tonus zəifliyi ilə bağlı sidik ləngimələri zamani isə 47% hallarda sərbəst sidik ifrazı bərpa olunmuşdur.
USM- dən sonra xaric olan daşların 55%- hallarda fraqmentlərə parcalanaraq xaric olması, 45%-hallarda isə bütöv halda xaric olması qeyd edilmişdir.
.Belə ki., bütün bu qeyd etdiklərimi nəzərə alaraq aşağıdakı nəticələrə gəlmək olar.
1.Ultrasəs dalğaları saya əzələlərin tonusunun artmasına səbəb olur.
2.Ultrasəs dalğaları sidikcıxarıcı yolların daşlarına mexaniki təsiri nəticəsində nəinki onların parçalanmasına həm də daşların tərpənərək yerini dəyişməsinə də səbəb olur. Bu keyfiyyətlərdən distansion litotripsiyada olduğu kimi təmas litotripsiyasındada eyni uğyrla istifadə etmək olar.
3.Ultrasəs dalğaları uşaqlıq əzələlərinin tonusunu artırır. Bunu hamilələrin müayinəsi zamanı nəzərə almaq və onlarin ifrat USM olunmasına yol verməmək lazımdır.
4.Ultrasəs müayinəsinin mexaniki təsirini hamilələrdə, xüsusilə rüşeymin ilk həftələrində nəzərə almaq lazimdir.Belə ki, ilk günlərdə adi bir qan laxtasının konsistensiyasından fərqlənməyən rüşeymə ultrasəs dalğaları dağıdıcı təsir göstərə bilər və əsası yenicə formalaşmaqda olan toxumaların aralanmasına və gözləmədiyimyiz anomaliyalara gətirib çıxara bilər 5.Sidik kisəsinin tonus zəifliyində ultrasə dalğalarından fizioterapiya məqsədilə də istifadə etmək olar.
Istifadə olunan ədəbiyyat;
1. Клиническое руководство по ультразвуковой диагностике
В.В.Митьков
11.01.10. Gövhər Arif Qızı Əliyeva-uroloq, Azərbaycan, Bakı şəhəri.RKUX
Публикации на сайте о событиях на Украине и их обсуждения приобретают всё менее литературный характер. Мы разделяем беспокойство наших авторов. В редколлегии тоже есть противоположные мнения относительно происходящего. Но это не повод нам всем здесь рассориться и расплеваться. С сегодняшнего дня (11-03-2022) на сайте вводится "военная цензура": будут удаляться все новые публикации (и анонсы старых) о происходящем конфликте и комментарии о нём. И ещё. Если ПК не видит наш сайт - смените в настройках сети DNS на 8.8.8.8
"Шторм"
Новые избранные авторы
Новые избранные произведения
Реклама
Новые рецензированные произведения
Именинники
Содержание
Поэзия
Проза
Песни
Другое
Сейчас на сайте
Всего: 211
Авторов: 0 Гостей: 211
Поиск по порталу
|
Автор: Гёвхар Антига
Əliyeva Gövhər Arif qızı. Bakı. R.K.U.X.- uroloq.
© Гёвхар Антига, 06.05.2014 в 13:46
Свидетельство о публикации № 06052014134629-00359551
Читателей произведения за все время — 138, полученных рецензий — 0.
Оценки
Голосов еще нет
РецензииЭто произведение рекомендуют |