Səni dəli edərəm ! (Стихи на иностранных языках)

­Səni dəli edərəm,  həsrətimdən yanarsan!
Səndən qaçıb gedərəm,. arxamca boylanarsan.

İstəsən də yanıma gələ bilməyəcəksən.
Ölümdən betər olub,  ölə bilməyəcəksən.
Məni röyanda görüb,  qalxsan bulmayacaqsan.
Səni dəli edərəm həsrətimdən yanarsan !
Səndən qaçıb gedərəm , arxzamca boylanarsan.

Səni səndən alaram,  heç xəbərin də olmaz..
İtər səbrü -qərarın , əqlin yerində olmaz..
Çıxar əlindən Gövhər,  günün birində olmaz.
Səni dəli edərəm , həsrətimdən yanarsan!
Səndən qaçıb gedərəm , arxamca boylanarsan.
müəllif Gövhər Əntiqə
01.04.1997

.

© Гёвхар Антига, 13.11.2022 в 12:22
Свидетельство о публикации № 13112022122230-00458094 на Grafomanam.net
Читателей произведения за все время — 17, полученных рецензий — 0.
Голосов еще нет