Seni hardan taniyiram? (Стихи на иностранных языках)

                        
Həmin qamət, həmin duruş.
Həmin həsrət, həmin baxış,
Saçın bəyaz, üzün qırış
Səni hardan tanıyıram?

Gedən gedib,qalan qalıb.
Zaman keçib. Vaxt azalıb,
Salam verib, salam alıb
Səni hardan tanıyıram?

Demədim ki ayaq saxla.
Dön gəl boynumu qucaqla,
Nə baxırsan qaş qabaqla?
Səni hardan tanıyıram?

Kim yubandı?, kim tələsdi?
Qarşımızı    nələr  kəsdi?
Səsin elə həmin səsdi,
Səni hardan tanıyıram?

Bir könüldə iki  candıq,
Tufan qopdu, aralandıq.
Nə itirdik?, nə  qazandıq?
Səni  hardan  tanıyıram?

İndi     görüş   bizə haram.
Səntək mən də. günahkaram.
Köz  bağlayıb daha yaram.
Səni hardan  tanıyıram?

Həmin qamət, həmin duruş,
Həmin həsrət.həmin baxış,
Saçın bəyaz, üzün qırış
Səni hardan tanıyıram?

24.09.1994 Müəllif Gövhər Əntiqə

© Гёвхар Антига, 31.03.2017 в 22:30
Свидетельство о публикации № 31032017223010-00407916 на Grafomanam.net
Читателей произведения за все время — 57, полученных рецензий — 0.
Голосов еще нет