Ah bu toyda çağrılmamış qonağam (Стихи на иностранных языках)

Ah, bu toyda çağrılmamış qonağam,
İstər xoş gəldin de, istərsən demə.
Bir hava çaldırıb oynayacağam,
Səsin salacağam bütün aləmə.
Baxıb ürəyində söysən də məni,
Lap adam göndərib döysən də məni,
Belimi sındırıb əysən də məni,
Qalib gəlməyəcək ürəyin qəmə.
Bivəfam, başına pul ələyəcəm,
Gözümün yaşını səpələyəcəm,
Sənə bir bəxtiyar gün diləyəcəm.
Köksün bürüyəcəm dərdə, ələmə,
Ah, bu toyda çağrılmamış qonağam.
Mən səni çağırıb oynadacağam !
Yolunda son közü sönmüş ocağam,
İstər xoş gəldin de, istərsən demə...
16.07.1991.müəllif  Gövhər Əntiqə
© Гёвхар Антига, 30.06.2016 в 23:52
Свидетельство о публикации № 30062016235217-00398475 на Grafomanam.net
Читателей произведения за все время — 35, полученных рецензий — 0.
Голосов еще нет