Görüşdük ayrılmaqçün (Стихи на иностранных языках)

Görüşdük ayrılmaqçün, nə qəribə görüşdü...
Ayağımız altında qumlu sahil, göy dəniz...
Başımız üstdən qoşa qağayılar ötüşdü,
Necə dözərəm dedim, necə dözərəm sənsiz...

Ayrıldıq sahildəcə, izlərimiz tək qaldı,
Getdik, dönüb bir daha baxdıq arxamızca biz.
O şaqraq gəncliyimiz o andamı qocaldı?
Küskün baxışlarıyla toqquşdu gözlərimiz.

Getdik, küləklər bizi qovdu arxadan yenə,
Özgə səadətinə qovuşacaqsan bildim.
Vəfasız deyəcəkdim, deyə bilmədim sənə,
Bəlkə bir tale kimi, sənə qismət deyildim.

Görüşdük ayrılmaqçün, nə qəribə görüşdü...
Ayağımız altında qumlu sahil, göy dəniz...
Başımız üstdən qoşa qağayılar ötüşdü,
Necə dözərəm dedim, necə dözərəm sənsiz.
Автор Гевхар Антига-Гевхар Ариф гызы Gövhər Əntiqə 03.06.1977.

© Гёвхар Антига, 05.06.2016 в 20:40
Свидетельство о публикации № 05062016204009-00397006 на Grafomanam.net
Читателей произведения за все время — 32, полученных рецензий — 0.
Голосов еще нет